00:00:00
Yazar
Admin User
17.12.2025 16:41 92 2 dəq oxuma
Siyasət

Rusiyanın Baş nazirinin müavini Ermənistana gedib

Rusiyanın Baş nazirinin müavini Ermənistana gedib

Rusiyanın Baş nazirinin müavini Aleksey Overçuk Ermənistana gedib.

Bu barədə Ermənistan KİV-ləri mənbələrə istinadən məlumat yayıb.

Qeyd olunur ki, A.Overçuk İrəvana Ermənistan-Rusiya Hökumətlərarası Komissiyanın iclasında iştirak etmək üçün gedib.

 

Mövzu ilə bağlı politoloq Fuad Abbasov “İnformator.az”a açıqlamasında bildirib ki, bu addım Rusiyanın Ermənistana təsirini bərpa etməyə və onu öz orbitinə qaytarmağa yönəlmiş kimi qiymətləndirilə bilər:

 

“Ümumilikdə, Rusiyanın Ermənistana marağı “Tramp yolu” adlandırılan Zəngəzur dəhlizinin açılması planları ilə əlaqədar artıb. Rusiya bölgənin ABŞ-nin nəzarətinə keçməsinə və Amerikanın Ermənistanda uzunmüddətli mövcudluğuna qarşı çıxır. Bu səbəbdən Akeksey Overçukun Ermənistana səfəri, Rusiyanın Ermənistana təsirini bərpa etməyə və onu öz orbitinə qaytarmağa yönəlmiş addım kimi qiymətləndirilə bilər.

 

Bundan əvvəl Rusiya Xarici İşlər Nazirliyinin müavini Ermənistanla "Tramp yolu" haqqında danışıqlara hazır olduqlarını bildirib. Amma Ermənistan tərəfinin nümayəndəsi Ruben Rubenyan bu təklifə cavab olaraq deyib ki, Moskva ilə danışıla biləcək bir məsələ yoxdur, çünki bütün qərarlar Vaşinqtonda verilib.

 

Rusiya-Ermənistan hökumətlərarası komissiya çərçivəsində bu məsələ müzakirə oluna bilər, lakin unutmamalıyıq ki, Rusiya Cənubi Qafqazın onun təsir dairəsindən çıxmasına qarşıdır. Ümumilikdə, Moskva Gürcüstan, Ermənistan və Azərbaycanın Rusiya təsirindən uzaqlaşmasına qarşı siyasət yürüdür.

 

Zəngəzur dəhlizinin reallaşması və "Tramp yolu"nun açılması Rusiyanın Cənubi Qafqazdakı mövqelərinin daha da zəifləməsinə səbəb olacaq. Buna görə də, Moskvanın bu vəziyyətlə razılaşacağı inandırıcı görünmür”.

 

Aydan Əsgərxanlı

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər