00:00:00
Yazar
Admin User
22.09.2025 12:22 168 1 dəq oxuma
Dünya

Rusiyanın ermənilərə “qarant”olması

Rusiyanın ermənilərə “qarant”olması

Qərbi Azərbaycan Xronikası layihəsi çərçivəsində sənətşünaslıq üzrə fəlsəfə doktoru Elçin Əlibəylinin təqdimatında “Rusiya niyə ermənilərə “qarant”olub?” adlı veriliş hazırlanıb.

 

Məsələ ilə bağlı politoloq Azad Məsiyev “İnformator.az”a açıqlamasında bildirib ki,tarixən ermənilər Rusiyanın himayəsi altında olub:

 

 

“Ümumiyyətlə erməni dövlətini yaradan birmənalı şəkildə Rusiya olubdur. Erməni dövləti müstəqillik elan olunan zamanı onların 9 min kv.km ərazisi olub, indi isə 29,7 min kv.km ərazisi var.Təbii ki,bu ərazisini Rusiya himayəsi altında genişləndirə bilibdir. Ermənilər tarix boyu Rusiyanın himayəsi altında inkişaf edibdir. Ermənistanın indiki durumu isə biraz fərqlidir. Çünki ABŞ Sorus fondunun maliyyə və diplomatik dəstəyi ilə Paşinyan hakimiyyətə gətirilib. Paşinyanın hakimiyyətə gətirilməsi təsadüfi deyil. Ermənistan tarix boyu böyük güclərin əlində alətə çevrilərək öz məqsədlərinə çatıblar.

Yəni Rusiyanın himayəsi altında Ermənistan ərazisini 29 min kv.km’ə çatdırıb. Artıq Rusiyanın zəiflədiyini görərək, Amerikanın himayəsi altına keçərək,öz maraqlarını həyata keçirmək istəyiblər. 44 günlük Vətən savaşında Azərbaycanın tarixi qələbəsindən sonra Rusiya bu proseslərdə neytral qaldı,yəni Rusiyanın Paşinyan problemi ilə Azərbaycanın torpaq maraqları üst-üstə düşüb. İndiki dövrdə isə ermənilərin rusiya lobbisi ilə qərb lobbisi arasında bir savaş gedir. Rusiya lobbisi hesab edirki Ermənistan yenədə Rusiyanın himayəsi altında qalmalıdır, Qərb lobbisi isə Ermənistanın qərb yönlü siyasətini daha üstün tutur”.

 

Nərmin Nəcəfova

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər