00:00:00
Yazar
Admin User
05.09.2025 18:36 90 1 dəq oxuma
Dünya

Rusiyanın fikri maraqlı deyil, biz buna qarşıyıq

Rusiyanın fikri maraqlı deyil, biz buna qarşıyıq

Macarıstan Ukraynanın Avropa Birliyinə daxil olması ilə bağlı mövqeyini dəyişməyəcək, hətta Rusiya buna etiraz etməsə belə.

 

"İnformator.az" xəbər verir ki, bu barədə Macarıstanın xarici işlər naziri Peter Siyarto Feysbuk səhifəsində bildirib.

 

"Yenə Zelenski öz standartları ilə mühakimə edir. Ondan fərqli olaraq, bizim mövqeyimiz xaricdən diktə edilmir. Ukraynanın AB-yə üzvlüyü ilə bağlı Moskvanın nə düşündüyü bizi maraqlandırmır. Bizi macarların nə düşündüyü maraqlandırır", - nazir yazıb.


Qeyd edək ki, Ukrayna Prezidenti Vladimir Zelenski söyləyib ki, Macarıstanın Ukraynanın AB-yə üzvlüyünə nə üçün qarşı çıxdığı aydın deyil, hətta Rusiya belə buna qarşı çıxmır.

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər