00:00:00
Yazar
Admin User
13.12.2025 04:15 103 1 dəq oxuma
Dünya

Rusiyanın hücumundan sonra Odessada işıq və suyun nəqlində fasilələr yaranıb

Rusiyanın hücumundan sonra Odessada işıq və suyun nəqlində fasilələr yaranıb

Dekabrın 13-ə keçən gecə Ukraynanın Odessa şəhərinə Rusiya ordusunun hücumu nəticəsində elektrik və su təchizatında fasilələr yaranıb.

 

"İnformator.az" xəbər verir ki, xəbər verir ki, bu barədə "RBC-Ukraina" məlumat yayıb.

 

Məlumata görə, şəhər ballistik və qanadlı raketlərin zərbələrinə məruz qalıb.

 

Bu vaxt DTEK-də (operator şirkəti) Odessada, Peresıpsk və Primorsk rayonlarının bir hissəsində şəbəkədə lokal qəza səbəbindən işığın kəsildiyi bildirilib. Bundan əlavə, Ukraynanın Xerson və Nikolayev bölgələrində elektrik enerjisinin qismən kəsilməsi müşahidə olunub.

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər