00:00:00
Yazar
Admin User
07.11.2025 14:57 173 1 dəq oxuma
Siyasət

Rusiyanın itkiləri rekord həddi keçib

Rusiyanın itkiləri rekord həddi keçib

Ukrayna ordusu müharibənin 1353-cü günü üçün Rusiyanın itkilərini açıqlayıb. Rəsmi məlumata görə, Rusiya tərəfi 1,1 milyondan çox hərbçi və minlərlə hərbi texnika itirib.

 

 Müharibənin hazırkı vəziyyətini “İnformator.az”a şərh edən politoloq Ülviyyə Zülfüqar bildirib ki, Ukraynanın təqdim etdiyi bu rəqəmlər bir daha müharibənin miqyasını və insan itkilərinin dəhşətini gündəmə gətirir:

 

“Bu statistika həm Rusiyanın uzunmüddətli hərbi potensialına və davamlılıq qabiliyyətinə dair suallar yaradır, həm də bəzi beynəlxalq dairələr bunu informasiya müharibəsinin tərkib hissəsi kimi qiymətləndirir və ehtiyatla qarşılayır. İndiki mərhələdə müharibənin gedişatı nisbətən durğun xarakter daşıyır, lokal hücum əməliyyatları davam edir. Ümumilikdə, müharibə getdikcə daha çox insan və texnika itkisi ilə uzanan, siyasi və iqtisadi baxımdan hər iki tərəfi yoran bir mərhələyə keçib. Beynəlxalq ictimaiyyət bu fonda daha çox diplomatik həll yollarını gündəmə gətirməyə çalışsa da, real irəliləyiş hələlik müşahidə olunmur. Müharibənin bu qədər uzanması və itkilərin artması artıq “adi vəziyyətə çevrilmə” riski yaradır. Bütün bunlar göstərir ki, müharibə artıq yalnız cəbhə xəttində deyil, həm də informasiya, diplomatiya və ictimai rəy müstəvisində davam edir. Burada əsas sual isə odur ki, kim uzunmüddətli siyasi, iqtisadi və sosial davamlılığı qoruya biləcək”.

 

Mələk Hüseynova

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər