“Rusiyanın nə dediyinə yox, nəyi bacardığına baxmaq lazımdır” - ŞƏRH
“Rusiya Ukraynanın Donbas bölgəsinin işğalını sentyabr ayına qədər tamamlamağı planlaşdırır”.
Mövzu ilə bağlı siyasi şərhçi Xaqani Cəfərli “İnformator.az”a açıqlamasında bildirib ki, Rusiya 4 ildən artıqdır ki, Ukraynanın Donbas bölgəsinin işğalını başa çatdırmağa çalışır:
“Ona görə də, Rusiyanın nə dediyinə yox, nəyi bacardığına baxmaq lazımdır. Rusiya iddia etdiyi kimi Donbas bölgəsinin işğalını başa çatdıra bilsə, bu, NATO və Qərb ölkələrinin siyasətinə ciddi təsir etməyəcək. Çünki Rusiya ilə Qərb arasında münasibətlər çox pisləşib. Yəqin ki, sanksiyalar daha da sərtləşəcək. Bu vəziyyət sülh danışıqlarına belə təsir edə bilər ki, Rusiya Donbasın sərhədlərində dayansa, atəşkəs mümkün ola bilər. Ancaq hər şey Ukraynanın bu işğala münasibətindən asılı olacaq”.
Aytac İbrahimova