00:00:00
Yazar
Admin User
30.08.2025 06:22 92 1 dəq oxuma
Dünya

Rusiyanın neft obyektlərinə zərbə endirilib

Rusiyanın neft obyektlərinə zərbə endirilib

Ukrayna Baş Qərargahı Rusiyada iki neft emalı zavoduna zərbə endirildiyini açıqlayıb.

 

"İnformator.az" xəbər verir ki, bu barədə qurumun mətbuat xidməti sosial şəbəkələrdə məlumat yayıb.

 

Məlumata görə, avqustun 30-na keçən gecə Ukrayna pilotsuz uçuş aparatları (PUA) Krasnodar şəhərindəki Krasnodar Neft Emalı Zavoduna (NEZ) və Rusiyanın Samara vilayətindəki Sızran NEZ-ə zərbə endirib.

 

Baş Qərargahın məlumatında qeyd olunub ki, əməliyyat düşmənin hücum potensialını azaltmaq və hərbi hissələrə yanacaq təchizatını çətinləşdirmək məqsədilə həyata keçirilib.

 

PUA-ların zavodlara vurduğu ziyanın miqyası dəqiqləşdirilir.

 

Baş Qərargahın məlumatında həmçinin vurğulanıb ki, Sızran NEZ-in ərazisində yanğın müşahidə olunur.

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər