00:00:00
Yazar
Admin User
02.09.2025 07:28 113 3 dəq oxuma
Siyasət

“Rusiyanın proseslərə müdaxilə etmək imkanları çox da yüksək deyil”

“Rusiyanın proseslərə müdaxilə etmək imkanları çox da yüksək deyil”

"Putinin Paşinyanla söhbəti yaxşı keçib. Sabah Rusiya liderinin əlavə görüşləri ilə bağlı razılaşmalar var. Ümid edirik ki, Əliyevlə görüş baş tutacaq. Əliyevlə söhbət mümkündür, qarşıdakı tədbirlərdə onların yolları kəsişəcək”- Dmitri Peskov


Mövzu ilə bağlı politoloq Oqtay Qasımov “İnformator.az”a açıqlamasında bildirib ki, Çində Paşinyan və Putin görüşü gözlənilən bir görüş idi:

 

“Putinin özünün də qeyd etdiyi kimi, tərəflər arasında müzakirə olunacaq xeyli məsələlər var və xeyli suallar yaranıb. Hesab edirəm ki, bu sualların içərisində, xüsusilə də 8 avqust Vaşinqtonda imzalanmış sənədlə bağlı müzakirə olunacaq. Paşinyanın Çinə səfəri ərəfəsində verdiyi bəyanatlarla diqqət mərkəzində olacaq. O ki qaldı bu tədbirlər çərçivəsində Azərbaycan və Rusiya prezidentlərinin görüşünün keçirilməsinə belə qeyri ehtimal yüksək olmasa da, hər halda mümkündür. Çünki Azərbaycan prezidentinin Əl-Ərəbiyyə kanalına verdiyi müsahibədə biz Azərbaycanın Rusiya ilə münasibətlərdə mövqeyini gördük. Hazırda bu münasibətlər özünün çətin dövrünü yaşayır və bunun əsas səbəbkarı Rusiyadır. Belə ki, Rusiyanın əsassız davranışları, təzyiq və təhdid siyasəti birmənalı şəkildə bu münasibətlərə təsir edib və Azərbaycan prezidenti də öz müsahibəsində Azərbaycan Rusiya münasibətlərinə toxunaraq qeyd etdi ki, bu münasibətlərin korlanmasının səbəbkarı biz deyirik və Azərbaycana qarşı təhdid təzyiqlərə və hörmətsizliyə dözməyəcəyik. Rusiya həm Azərbaycana qarşı hörmətsizlik edib, eyni zamanda təhdid dili ilə danışılmağa çalışılır və təzyiq elementləri işə salınıb ki, Azərbaycan da bunları qəbul etməyəcək. Əgər nəzəri baxımdan iki prezidentin görüşü baş tutacaqsa, şübhəsiz ki, ilk növbədə ikitərəfli münasibətlərə dair müzakirələr aparılacaq. Azərbaycan prezidenti əslində öz mövqeyini bəyan edib. Bu, AZAL-ın təyyarəsinin vurulması ilə bağlı məsələlərdə Rusiyadan rəsmi üzrxahlığın edilməsi, cinayətkarların müəyyənləşdirilməsi və onların cəzalandırılması, eyni zamanda, kompensasiyanın ödənilməsi kimi məsələlər var ki, bunlar öz həllini tapmalıdır. Putin bu görüşə hazırdımı düşünmürəm. Rusiya öz siyasətimdə dəyişiklik edəcək. Açıqcası o da inandırıcı görünmür. Çünki hazırda Rusiya cəmiyyətində və siyasi hakimiyyətində elə bir psixoz, vəziyyət yaranıb ki, bu imperiyapərəst ambitisiyalar, bu zehniyyət və velkarus şovinizminə dayanan davranışlar münasibətlərin heç də qısa müddətdə düzəlib, düzgün məcraya yönələcəyini yönələcəyinə əminlik yaratmır. Çünki hal hazırda biz Rusiya media məkanına və ictimai fikri araşdırsaq görərik ki, bu cəmiyyətin ictimai ab-havasında bir psixoz, durum boy göstərməkdədir və bu məhz düşüncə və davranışlar Rusiyanın keçmiş postsovet məkanı ilə münasibətlərinə kifayət qədər təsir etməkdədir. Əgər bu görüş baş tutacaqsa münasibətlərdə kardinal dəyişikliklər olmasa da, müəyyən bir normallaşma elementləri görünə bilər. Amma bunun üçün Rusiya özünün keçmiş postsovet məkanı ölkələrinə münasibətini ciddi şəkildə dəyişməlidir. Əks halda həmin ölkələr Rusiyadan uzaqlaşmaqda davam edəcəklər. Bu da Rusiyanın qeyd etdiyimiz imperiyası ambisiyalı siyasətindən doğan məsələlərdir”.

 

Həmçinin şərhçi qeyd edib ki, ümumiyyətlə, Ukrayna-Rusiya savaşı dünyadakı proseslərə ciddi şəkildə təsir edib:

 

“O cümlədən Güney Qafqazdakı proseslərə də öz təsirini göstərməkdədir. Məhz bu savaşın getdiyi dönəmdə Rusiyanın Güney Qafqazda mövqelərini kifayət qədər zəifləyib və məhz bu dönəmdə Azərbaycan və Ermənistan arasında normallaşma prosesləri daha da sürətlənib. Həm də sülh müqaviləsinin mətnini razılaşdırıb onu parafladılar və Vaşinqtonda ortaq bəyanat qəbul olundu. ATƏT-in Minsk qrupunun buraxılması ilə bağlı birgə müraciət edildi. Ukrayna savaşı əlbəttə ki, Rusiyanın siyasətinə müəyyən təsir edir. Hazırda məhz Ukraynada müəyyən qədər təşəbbüsü ələ almış Rusiya keçmiş sovet ölkələrinə, xüsusilə də Güney Qafqazda öz mövqelərini qorumaq üçün ciddi şəkildə addımlar atmağa çalışır və təzyiq elementlərini önə çıxarır. Amma bunlar bir nəticə verəcəkmi? Bu kifayət qədər şübhəlidir. Çünki hazırkı şəraitdə Rusiyanın bu proseslərə müdaxilə etmək imkanları çox da yüksək deyil”.


Aysel Mirzəyeva

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər