00:00:00
Yazar
Admin User
05.09.2025 18:07 80 1 dəq oxuma
Dünya

Rusiyanın rəyi nəzərə alınmadan Ukraynaya təhlükəsizlik təminatı mümkün deyil

Rusiyanın rəyi nəzərə alınmadan Ukraynaya təhlükəsizlik təminatı mümkün deyil

Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev bəyan edib ki, Ukrayna üçün hər hansı təhlükəsizlik zəmanəti hazırlanarkən Rusiyanın mövqeyi nəzərə alınmalıdır. 


"İnformator.az" "TASS"a istinadən xəbər verir ki, Medvedev jurnalistlərlə söhbətində Qərbin təkliflər hazırlayarkən Rusiya ilə məsləhətləşməli olduğunu bildirib: 

 

“Əgər münaqişə varsa, xüsusi hərbi əməliyyat davam edirsə, heç olmasa hər hansı təkliflər hazırlayarkən bizimlə məsləhətləşməlidirlər”.

 

Qeyd edək ki, sentyabrın 4-də Parisdə keçirilən “Könüllülər koalisiyası”nın iclasında 35 iştirakçı ölkədən 26-sı atəşkəs razılaşması əldə edildikdən sonra Ukraynaya hərbi kontingent göndərməyə hazır olduqlarını bildiriblər.

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər