Rusiyanın xarici borcu artıb
2025-ci il iyulun 1-nə Rusiyanın xarici borcu 11.1 faiz (və ya 32.2 milyard dollar) artaraq 323 milyard dollar təşkil edib.
"İnformator.az" "Axar.az"a istinadən xəbər verir ki, bu barədə Rusiya Mərkəzi Bankının hesabatında qeyd olunub:
“Rusiya Bankının məlumatına görə, 2025-ci il iyulun 1-nə Rusiyanın xarici borcu 2025-ci ilin əvvəlindən 32,2 milyard ABŞ dolları və ya 11,1% artaraq 323 milyard ABŞ dolları təşkil edib".