“Rusiyaya qarşı Qərbin sanksiyaları yetərli və təsirli deyil”
ABŞ konqresmeni Co Vilson Rusiyanı Polşaya müharibə elan etməkdə ittiham edib və Rusiyaya zərbələr endirmək üçün Ukraynanı silahla təmin etməyə çağırıb.
“İranın “Şahid” PUA-larının NATO üzvü olan Polşaya hücumu müharibə aktından başqa bir şey deyil”, - o bildirib.
Mövzu ilə bağlı politoloq Tural İrfan “İnformator.az”a açıqlamasında bildirib ki, Rusiyaya qarşı Qərbin sanksiyaları yetərli və təsirli deyil:
“Bu səbəbdən Rusiya Ukraynada üstünlük əldə edərək irəliləyir. Hətta Cənubi Qafqazda da öz təsirini qorumağa çalışır. Zəngəzur dəhlizinə qarşı çıxış edir. ABŞ-nin Ukrayna məsələsində tərəddüdlü addımları, təsirsiz bəyanatları Avropa İttifaqını da razı salmır. Nəticədə Polşa ilə bağlı hazırki durum meydana çıxır. ABŞ-nin konqresmenləri də artıq bu reallığı dərk edir və Prezident Trampı bir növ daha ciddi addımlar aramağa sövq edirlər. ABŞ-nin addımları Rusiyaya qarşı təsir qoymazsa NATO-nun prinsiplərinə zidd olduğu üçün müdaxiləsi müzakirə oluna bilər. Rusiya açıq işğal siyasətini davam etmək niyyətindədir. Ukrayna torpaqlarından çıxmaq niyyəti yoxdur. Nəticə etibarı ilə əsas məqsəd Rusiyaya qarşı yeni və daha təsirli sanksiyalarım tətbiqinə nail olmaqdır. Çox böyük ehtimalla konqres buna nail olacaq. Ukraynanın silahla təmin olunması kifayət deyil, ciddi sanksiyaların tətbiq olunması Rusiyanı geri çəkilməyə və sülhə məcbur edə bilər”.
Mehriban Baxışova