00:00:00
Yazar
Admin User
06.09.2025 06:10 89 1 dəq oxuma
Dünya

Rusiyaya qarşı yeni sanksiyalar müzakirə olunacaq

Rusiyaya qarşı yeni sanksiyalar müzakirə olunacaq

Avropa İttifaqı (Aİ) rəsmiləri sentyabrın 8-də Vaşinqtonda Rusiyaya qarşı məhdudiyyətlərlə bağlı danışıqlar aparacaqlar.

 

"İnformator.az" xəbər verir ki, bu barədə "Associated Press" agentliyi mənbələrə istinadən məlumat yayıb.

 

Nümayəndə heyətinə Aİ-nin sanksiyalar üzrə xüsusi elçisi Devid O'Sallivan başçılıq edəcək. ABŞ Maliyyə Nazirliyində keçiriləcək görüşdə Rusiyaya qarşı iqtisadi təzyiq vasitələri, o cümlədən yeni sanksiyalar müzakirə olunacaq.

 

Daha əvvəl Avropa İttifaqı Şurasının sədri Antoniu Koşta Aİ komandasının Rusiyaya qarşı sanksiyaları müzakirə etmək üçün ABŞ-yə getməyi planlaşdırdığı barədə məlumat vermişdi.

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər