00:00:00
Yazar
Admin User
28.08.2025 14:12 203 2 dəq oxuma
Siyasət

Rusiyaya yardım edən ölkələrə sanksiya tətbiq ediləcək

Rusiyaya yardım edən ölkələrə sanksiya tətbiq ediləcək

Avropa İttifaqı Rusiyaya mövcud məhdudiyyətləri aşmağa kömək edən ölkələrə qarşı ikinci dərəcəli sanksiyalar tətbiq etməyi düşünür.


Tədbirlər bu həftə Kopenhagendə keçiriləcək görüş zamanı AB xarici işlər nazirləri tərəfindən müzakirə olunacaq. Buraya bir sıra malların Rusiyaya ixracına qadağa da daxildir.


"Nazirlər 2023-cü ildə qəbul edilmiş, lakin hələ də istifadə edilməyən anti-sanksiyadan yayınma alətinin istifadəsini müzakirə edəcəklər. Bu alət sanksiyalardan yayınmağı asanlaşdıran üçüncü ölkələrə müəyyən malların ixracını, tədarükünü və ya ötürülməsini qadağan edə bilər", - məqalədə deyilir.


Mövzu ilə bağlı politoloq Tural İrfan “İnformator.az”a açıqlamasında bildirib ki, Rusiyanın Ukraynaya təcavüzü beynəlxalq gücləri hərəkətə keçirir:


“Rusiyanın Ukraynaya qarşı təcavüzü və torpaqlarını işğal etməsi artıq beynəlxalq gücləri də ciddi şəkildə hərəkətə keçirir. Sülhdən qaçması, əksinə daha da irəliləyiş cəhdləri bunu labüdləşdirir. ABŞ-nin Rusiya lideri ilə danışıqları təsirsiz qalıb. Bunun üçün də Avropa Birliyinin və ABŞ-nin Rusiyaya qarşı sanksiyalar tətbiq etməsi təbiidir və zərurətdən qaynaqlanır. Rusiyaya qarşı beynəlxalq münasibətlər mənfidir. Əslində bu sanksiyalar gözlənilən idi. Çünki Rusiyanın Ukraynadan çəkilməsinin və sülhə doğru addım atmasının başqa yolla təmin edilməsi yalnız nüvə müharibəsidir. Dünya da buna getməmək üçün sanksiyalara əl atır. ABŞ-nin özü də sanksiyalar tətbiq edə bilər. Avropanın sanksiya tətbiq etməsi digər sanksiyalara və əvvəlkilərin effektinin artmasına səbəb olacaq. Mövcud sanksiyaların o qədər də təsiri yoxdur. Əgər hiss olunsa idi, Rusiyanın geri addım atması müşahidə olunardı. Artıq bunu dərk edən Avropa Rusiyaya kömək edən ölkələrə qarşı sanksiya tətbiq etməklə birinci dərəcəli stansiyaları gücləndirmiş olacaq. Bu da Rusiyanı sülh danışıqlarında ram olmağa məcbur edə bilər. Əks halda Ukrayna torpaqlarından çəkilməmək şərti ilə razılığa gəlmə məsələsi mürəkkəbləşə bilər”.


Lalə Qurbanlı

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər