00:00:00
Yazar
Zeynəb Yunuszadə
27.04.2026 21:19 21 1 dəq oxuma
Siyasət

Əsəd Məcid Xan: "Azərbaycandan yeni təşəbbüslər gözləyirik"

Azərbaycandan yeni təşəbbüslər gözlədiklərini bildirən İƏT baş katibi Əsəd Məcid Xan ölkənin təşkilat daxilində aktiv rolunu vurğulayıb. O, qarşıdakı iclaslarda Azərbaycanın müxtəlif tədbirlərə ev sahibliyi ilə bağlı təkliflər irəli sürəcəyinə ümid etdiklərini qeyd edib.
Əsəd Məcid Xan: "Azərbaycandan yeni təşəbbüslər gözləyirik"

"Azərbaycandan yeni təşəbbüslər gözləyirik".

"İnformator.az" "Oxu.Az"-a istinadən xəbər verir ki, bu sözləri İqtisadi Əməkdaşlıq Təşkilatının baş katibi Əsəd Məcid Xan deyib.

 

O bildirib ki, Azərbaycan təşkilatın önəmli üzvüdür və eyni zamanda ən çox zirvə görüşlərinə ev sahibliyi edən ölkələrdən biridir:

 

"Bundan əlavə, Azərbaycan bir sıra Nazirlər Şurası iclaslarına və digər nazirlər səviyyəli görüşlərə də ev sahibliyi edib. Biz Azərbaycan hökuməti ilə daim əlaqədəyik. Gələn ayın ortalarında Regional Təlim Şurasının iclası keçiriləcək. Həmin iclasda hər bir nümayəndə heyəti və ölkə müxtəlif görüşlərə ev sahibliyi etmək üçün təkliflərlə çıxış edəcək. Biz bu görüşü səbirsizliklə gözləyirik və həmin iclasda Azərbaycanın müxtəlif tədbirlərə ev sahibliyi etmək imkanını ifadə edəcəyinə ümid edirik".

 

Baş katib bildirib ki, əsas maraq göstərdikləri görüşlərdən biri Maliyyə Nazirlərinin iclasıdır: "Azərbaycanın eyni zamanda WUF13-ə ev sahibliyi etdiyini nəzərə alaraq, biz də bu çərçivədə bir yan tədbir təşkil etməyi və həmin forumda iştirak etməyi planlaşdırırıq. Bununla yanaşı, Azərbaycan hökuməti ilə sıx koordinasiya şəraitində müxtəlif gündəlik məsələlər üzərində işləməyə davam edəcəyik".

#məcid #azərbaycan #təşəbbüslər #baki
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər