00:00:00
Yazar
Admin User
24.07.2025 12:32 110 2 dəq oxuma
Dünya

Sülh danışıqları İstanbulda başlayıb

Sülh danışıqları İstanbulda başlayıb

Türkiyənin ev sahibliyi ilə İstanbulda Rusiya və Ukrayna arasında üçüncü raund sülh danışıqları başlayıb. Görüşdə əsasən hər iki tərəfin atəşkəsin və sülhün təmin olunmasına dair irəli sürdüyü şərtlərin yer aldığı memorandum layihələrinin müzakirə ediləcəyi gözlənilib.

 

Moskva və Kiyev nümayəndə heyətləri ilə yanaşı, Xarici İşlər Naziri Hakan Fidan, Milli Kəşfiyyat Təşkilatının (MİT) rəhbəri İbrahim Kalın və Baş Qərargah rəisi, ordu generalı Metin Gürak da sülh danışıqlarında iştirak etmək üçün Çırağan Sarayına gəliblər. Görüşdən sonra açıqlama veriləcəyi gözlənilib.

 

İstanbulda, 2 iyun tarixində Çırağan Sarayında ikinci dəfə bir araya gələn Rusiya və Ukrayna nümayəndə heyətləri birbaşa danışıqlardan əvvəl və danışıqlar zamanı bir-birinə atəşkəsin və sülhün təmin olunması üçün hazırladıqları memorandum layihələrini təqdim etmiş və bu sənədlər üzərində işləmək barədə razılığa gəliblər.

 

Müharibənin başlanmasından bu yana ən genişmiqyaslı əsir mübadiləsi ilə bağlı razılığa gələn tərəflər, ağır xəstə və yaralı əsgərlərlə yanaşı, 25 yaşdan aşağı olan bütün əsir əsgərlərin mübadiləsinə qərar veriblər. Rusiya tərəfi 6 min ukraynalı əsgərin cəsədini təhvil verməyə söz verib. Əsgər cəsədlərinin toplanması üçün cəbhənin bəzi hissələrində 2–3 günlük atəşkəslə bağlı iş aparılması da gündəmdədir.

 

Ukrayna Prezidenti Volodimir Zelenski liderlərin görüşünə hazırlıq məsələsinin gündəmdə olacağını vurğulayıb. Ukraynanın xarici işlər nazirinin müavini Andrii Sybiha isə bildirib ki, Zelenski ilə Rusiya Prezidenti Vladimir Putin, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan, ABŞ Prezidenti Donald Tramp və Avropa liderlərinin iştirakı ilə liderlər sammiti üzərində işləyiblər.

 

Haberler.com

Aygün Babayeva

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər