00:00:00
Yazar
Admin User
26.08.2025 06:47 121 1 dəq oxuma
Siyasət

Sülh və əməkdaşlıq Cənubi Qafqazı çiçəkləndirəcək

Sülh və əməkdaşlıq Cənubi Qafqazı çiçəkləndirəcək

Sülhün möhkəmləndirilməsi və münasibətlərin inkişafı Cənubi Qafqazın çiçəklənməsinə yeni təkan verəcək.

 

"İnformator.az" xəbər verir ki, bu fikri Böyük Britaniyanın Azərbaycandakı səfiri Ferqus Auld səsləndirib.

 

Britaniyalı diplomat sosial şəbəkələrdə Azərbaycan Prezidenti İlham Əliyevin Böyük Britaniyanın Avropa, Şimali Amerika və dənizaşırı ərazilər üzrə dövlət naziri Stiven Dauti ilə görüşündən kadrlar paylaşıb.

 

“Nazir Stiven Dauti və Azərbaycan Prezidenti İlham Əliyev möhtəşəm görüş keçiriblər. Biz Böyük Britaniya və Azərbaycan arasında ticarət və investisiyalardan təhlükəsizlik, enerji, iqlim dəyişikliyi və təhsilə qədər geniş tərəfdaşlıq əlaqələri ilə fəxr edirik", - F.Auld qeyd edib.

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər