Süni intellekt epilepsiyalı uşaqlarda gizli beyin zədələrini aşkarlayır
Avstraliyalı alimlər həkimlərin çox vaxt gözdən qaçırdığı kiçik beyin qüsurlarını müəyyən edən süni intellekt aləti hazırlayıblar. Mütəxəssislərə görə, bu sistem epilepsiya xəstəsi uşaqların həyatını dəyişə biləcək əməliyyata daha tez çıxışını təmin edə bilər.
Epilepsiya hallarının təxminən 30 faizi beyindəki struktur anormalliklərlə bağlıdır. Lakin xüsusən dərin qatlarda gizlənmiş xırda zədələr MRT müayinələrində çox vaxt görünməz qalır.
Melburn Royal Uşaq Xəstəxanası və Edinburq Universitetindən pediatr nevroloq Emma Makdonald-Laursun rəhbərliyi ilə hazırlanan model qaragilə ölçüsündə, hətta daha kiçik lezyonları aşkarlaya bilir.
“Alət həkimləri əvəz etmir, sadəcə detektiv kimi ipuclarını birləşdirərək diaqnozu və müalicəni sürətləndirir”, – deyə Makdonald-Laurs bildirib.
TRT XƏBƏR
Ləman Mahmudlu