00:00:00
Yazar
Admin User
04.12.2023 17:43 403 1 dəq oxuma
Dünya

"Süni İntellektdən”dən gözləntilər nələrdir?

"Süni İntellektdən”dən gözləntilər nələrdir?

“Meta” şirkətinin “Süni İntellekt” üzrə rəhbəri Yann LeCun bu sahə üzrə super intellektin yaxın illər ərzində gələcəyinə inanmır və Kvant birləşmələrinə şübhəylə yanaşır.

 

İnformator.az xarici mediaya istinadən xəbər verir ki, şirkətin baş elmi işçisi LeCu mövcud “süni intellekt” sisteminin hazırki qabiliyyətinin limitsiz və nəhəng ölçülü mətnlərin tərtib olunmasının irəlisinə keçməsinə hələ onlarca il qaldığını bildirib.

 

Lakin Amerikanın texnologiya şirkəti “NVİDİA”nın fikirləri isə “Meta”ilə ziddir. Şirkətin baş icraçı direktoru Jensen Huang “Süni İntellekt” texnologiyasının önümüzdəki 5 il ərzində insan zəkasıyla ciddi rəqabətə girəcəyini deyib.

 

Həmçinin Jensen "süni zəkanın” insan intellektini geridə buraxacağını da əlavə edib. Hər iki tərəfin fikirləri əks mövqedə olsa da, hazırki proqnozlar da müasir texnologiyanın sürətlə irəliləyərək gələcəkdə təxmini olaraq nə hal alacağını təsəvvürlərə gətirir.

 

Əli Məmmədli

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər