Süni intellektlə işləyən stetoskop ürək problemlərini aşkar edir
Tibb aləmində 200 ildən artıqdır istifadə edilən stetoskop süni intellektin dəstəyi ilə böyük dəyişikliklərə məruz qalır. Böyük Britaniyada Imperial College London və Imperial College Healthcare NHS Trust tərəfindən hazırlanmış yeni cihaz ürək çatışmazlığını, ürək qapaqlarının xəstəliklərini və atrial fibrilasiya kimi aritmiyaları cəmi 15 saniyə ərzində aşkar edə bilir.
Kaliforniyada yerləşən Eko Health tərəfindən istehsal olunan cihaz kart kimi nazikdir. Xəstənin sinəsinə yerləşdirilərək ürəyin elektrik siqnallarını və qan axını səslərini təyin edir. Bu məlumatlar AI alqoritmlərinin anormallıqları təhlil etdiyi buludlara etibarlı şəkildə ötürülür. Nəticələr saniyələr ərzində mobil telefona göndərilir. Madriddə keçirilən Avropa Kardiologiya Cəmiyyətinin konqresində açıqlanan nəticələrə görə, bu stetoskopla müayinə edilən xəstələr:
Ürək çatışmazlığı diaqnozu qoyulma ehtimalı iki dəfə artıb.Ürək qapağı xəstəliyinin diaqnozu ehtimalı təxminən iki dəfə artıb. Atrial fibrilasiyanın aşkarlanması ehtimalı üç dəfə artıbdır.
Alimlər qeyd edirlər ki, cihaz ara-sıra yalan-müsbət nəticələr verə bilir, bu da onu nəfəs darlığı və ya yorğunluq kimi simptomları olan insanlarda istifadə üçün daha uyğun edir. Səhiyyə mütəxəssisləri texnologiyanın təkcə insanların həyatını xilas etməyəcək, həm də ciddi fəsadların qarşısını almaqla səhiyyə xərclərini azaldacağına inanırlar. Tədqiqatçılar vurğulayıblar ki, müasir diaqnostik cihazlar hazırda icma sağlamlıq mərkəzlərində tətbiq olunur.
TRT Haber
Xədicə Məhərrəmli