Süveydədə böhran: Dəməşq nəzarəti itirir, gərginlik artır
Suriyanın cənubundakı Süveydə vilayətində dürzilər ilə bədəvi silahlı qrupları arasında yenidən alovlanan toqquşmalar nəticəsində bölgədə humanitar böhran yaranıb.
"İnformator.az" "Axar.az"a istinadən xəbər verir ki, bu barədə Avropanın nüfuzlu beyin mərkəzlərindən olan İtaliya mənşəli “SpecialEurasia” məlumat yayıb.
“ABŞ və İordaniyanın dəstəyi ilə əldə olunan razılaşma bölgədəki silahlı qruplar və əhali tərəfindən qəbul edilməyib. Bölgədə elektrik və su infrastrukturu tamamilə çöküb. Hesabatda vurğulanır ki, Dəməşq hökumətinin bölgədəki nəzarəti zəifləyib, Prezident Əhməd Şara isə xüsusilə azlıq qrupları arasında etibar və dəstək qazana bilmir”, - məlumatda bildirilib.
Dürzi lider Hikmət əl-Hicrinin atəşkəsə qarşı çıxması və xaricdən yardım istəməsi daxildə də parçalanma yaratdığı qeyd edilib.