00:00:00
Yazar
Admin User
02.09.2025 14:24 79 1 dəq oxuma
Dünya

Sabah Mövlud Qəndili qeyd olunacaq

Sabah Mövlud Qəndili qeyd olunacaq

Sabah İslam peyğəmbəri Məhəmmədin mövludu – Mövlud Qəndili qeyd olunacaq. Hicri təqvimin Rəbiül-əvvəl ayının 12-si münasibətilə keçirilən bu gün əsrlərdir İslam dünyasında Peyğəmbər sevgisinin ifadəsi kimi qeyd olunur.


“Mövlid” sözü lüğətdə “doğum yeri və vaxtı” mənasını versə də, İslam mədəniyyətində Məhəmməd peyğəmbərin doğumu və bu münasibətlə təşkil edilən mərasimlərə aid edilir. Tarix boyu Osmanlı, Məmlük, Əyyubi və Fatimilər dövründə bu gün rəsmi mərasimlərlə anılıb, həm türk, həm də ərəb ədəbiyyatında Peyğəmbər sevgisini əks etdirən əsərlər qələmə alınıb.


Xüsusilə Süleyman Çələbinin məşhur “Vəsilətü'n-Necat” məsnəvisi uzun illər mövlud mərasimlərində oxunub.


Bu il Peyğəmbərin mövludu “Peyğəmbərimiz və ailə əxlaqı” mövzusu ilə qeyd ediləcək. Diyanət İşləri Başqanlığının təşkilatçılığı ilə həm ölkə daxilində, həm də xaricdə müxtəlif tədbirlər keçiriləcək.


TRT XƏBƏR
Ləman Mahmudlu

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər