"Sabah" "Portu"nun üzvünü heyətinə qatıb
"Sabah" heyətini yeni futbolçu ilə gücləndirib.
"İnformator.az" Sportlife.az-a istinadən xəbər verir ki, Bakı klubu Rodriqu Fernandeşlə anlaşıb.
Qeyd edək ki, Portuqaliyanın U-16, U-17, U-18 və U-19 yığmalarının sabiq yarımmüdafiəçisinin son klubu "Portu"nun B komandası olub. 25 yaşlı futbolçu "Sportinq"də də çıxış edib.
