Sabir Rüstəmxanlı əməliyyat olub
Sabiq deputat, Vətəndaş Həmrəyliyi Partiyasının sədri Sabir Rüstəmxanlı Türkiyənin Ankara Acıbadem xəstəxanasında böyrəyindən əəliyyat olunub.
"İnformator.az" xəbər verir ki, xalq şairi Modern.az-a açıqlamasında səhhətinin yaxşı olduğunu bildirib.
"Əməliyyat olundum. Daha əlavə müayinələrə filan getməyəcəm. Artıq qayıtmışam Bakıdayam. İşə də çıxıram".