00:00:00
Yazar
Admin User
11.09.2025 13:29 100 1 dəq oxuma
Dünya

Şahidlər Yuta atışmasını təsvir edir

Şahidlər Yuta atışmasını təsvir edir

ABŞ-də mühafizəkar fəal və Donald Trampın yaxın tərəfdarı Çarli Kerk (31 yaş) Yuta Vadisi Universitetində keçirilən tədbirdə güllələnərək öldürülüb. Hadisə 3 min nəfərin iştirak etdiyi “American Comeback Tour” çıxışı zamanı baş verib. Kerk boynundan güllə yarası alıb və yerindəcə yıxılıb.

 

Şahidlər güllə səsinin ardından kütləvi panika yaşandığını, insanların qaçaraq sığınacaq axtardıqlarını bildiriblər. Bir çox tələbə və iştirakçı göz yaşları içində təhlükədən qaçmağa çalışıb. Hadisə zamanı Kerkin yalnız altı universitet mühafizəçisi və şəxsi mühafizə dəstəsi olsa da, çantaların və insanların yoxlanmadığı deyilir. Şahidlər təhlükəsizlik tədbirlərinin zəif olduğunu vurğulayıblar. Atəş açan şəxsin yaxınlıqdakı binanın damından təxminən 130 metr uzaqdan güllə atdığı ehtimal edilir. Universitet hadisə ilə bağlı açıqlama verməyib. Atıcı hələ də azadlıqda olduğu üçün tələbələr saatlarla kampusda blokada vəziyyətində qalıblar “.


BBC

Reyhan Quliyeva

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər