00:00:00
Yazar
Admin User
11.09.2025 13:26 116 2 dəq oxuma
Siyasət

Şahin Mustafayevlə Mher Qriqoryan görüşüb

Şahin Mustafayevlə Mher Qriqoryan görüşüb

Azərbaycan-Ermənistan sərhədinin delimitasiyası və minalardan təmizlənməsi müzakirə olunub.


Mövzu ilə bağlı analitik Turab Rzayev bildirib ki, bu müzakirə Azərbaycan üçün xüsusilə vacibdir ki, Azərbaycan hələ də istədiyi mina xəttini tam ala bilməyib:

 

“Aldığı mina xəttləri tam deyil. Bu da bizə ərazini təmizləməyə mane olub. Onsuz da milyonlarla mina var, onların təmizlənməsi illər alacaq. Azərbaycan üçün ən azından minaların dəqiq basdırıldığı yerləri, onların xəritəsi, hansı növlər olduğunu, hansı ərazidə necə istifadə olunduğunu bilmək ən azından minaların təmizlənməsini sürətləndirə bilər. Eyni zamanda sivil və hərbi itkiləri azalda bilər ki, biz indiyə qədər Azərbaycanın həm əsgərlərindən şəhidlər olub, həm sivil insan itkiləri olub, həm ərazidə jurnalistlər belə həyatını itirib, deyək ki, konkret şirkət işçiləri yeni işçilər hamısı həyatını itirib. Hətta adi ziyarətçilər, bölgə ticarətinin şəxsləri də, həyatını itirib, Azərbaycanda bunların olmasını istəmirəm. Ermənistanın mina xəttlərini Azərbaycana verməsi üçün təziqlər göstərilib. O xəritələrdə hansı ki, qeyri-müəyyənliklər, fikir ayrılıqları var. Onların səhmana salınması məsələsi qaydaya qoyulub. Düşünürəm ki, bu standart bir prosedur həyata keçirilməlidir. Xüsusən Azərbaycanda minaların təmizləmə məsələsi çox vacibdir. Bu prosesi yavaş yavaş həyata keçiriləcək. Yəni, Azərbaycan Gürcüstanla Rusiya ilə delimitasiyası demək olar ki, 30 ilə yaxın davam edib və hətta Gürcüstan delimitasiyası hələ də tam yekunlaşdığı mərhələ çatmayıb. Ona görə də, biz Ermənistanla bu prosesin bir neçə günə, aya, hətta ilə yekunlaşacağını gözləmirik, ancaq o sülh olsun, əməkdaşlıq olsun, ölkədə ərazi bütövlüyü tanınsın, delimitasiya, demokratiya ilə bağlı ortaq qərar olsun. Bu ölkələr iqtisadi əlaqələri bərpa edə bilər. Yəni artıq sərhədlər açıla bilər. Nəqli kommunikasiya xətləri bərpa oluna bilər. Azərbaycan əhalisi Naxçıvana sərbəst gedib gələ bilər. mal, xidmətlər, sərbəst dövriyyəsi baş tuta bilər və paralel olaraq da zamana yayılaraq yavaş yavaş həm dili demokratiya məsələsi həllini tapa bilər, həm də ki, digər tərəfdən də minaların təmizlənməsi sürətləndirilmək. Əlbəttə ki, burada Ermənistanın səmimi olması, sülhə həqiqətən dəstək verməsi və Azərbaycanın mina xətləri ilə bağlı minaların basdırılması ilə bağlı bütün məlumatların təqdim edilməsi lazımdır“.

 

Reyhan Quliyeva

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər