00:00:00
Yazar
Admin User
12.09.2025 15:23 87 1 dəq oxuma
Dünya

Şahzadə Harri Ukraynaya gözlənilməz səfər edib

Şahzadə Harri Ukraynaya gözlənilməz səfər edib

Şahzadə Harri, müharibədə yaralanan ukraynalılara dəstək göstərən təşkilatın dəvəti ilə gözlənilməz şəkildə Kiyevə səfər edib.

 

Sasseks hersoqu yaralı hərbi qulluqçuların sağalmasına “mümkün olan hər şeyi” etmək istədiyini bildirib. O, cümə günü səhər qatarla gəlib və gün ərzində sıx proqramı olacağı gözlənilir.

 

Superhumans təşkilatının qurucusu Olha Rudnieva şahzadəni qatar qarşısında qucaqlayıb və ona ənənəvi podstakannik (gümüş stəkanaltı) hədiyyə edib. Harri apreldə Lvovdakı mərkəzi ziyarət etmişdi, lakin bu, onun paytaxta ilk səfəridir. Rusiyanın işğalı nəticəsində on minlərlə hərbçi və mülki şəxsin əzaları amputasiya olunub.

 

Harri The Guardian qəzetinə deyib: “Biz müharibəni dayandıra bilmərik, amma sağalma prosesinə dəstək ola bilərik. İnsanları və onların yaşadıqlarını insani şəkildə göstərməyə davam edə bilərik".


BBC News

Ayşə Müzəfərli

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər