Şalva Papuaşvili: Seçkilərə təxribat cəhdləri var
Seçkilərə təxribat cəhdləri var.
"İnformator.az" xəbər verir ki, bunu Gürcüstan parlamentinin spikeri Şalva Papuaşvili bildirib.
Onun sözlərinə görə, seçki prosesinə təxribat yolu ilə təsir göstərmək cəhdləri müşahidə olunur və vətəndaşların buna layiqli reaksiya verməsi vacibdir:
"Sabah yerli özünüidarəetmə orqanlarına seçkilər keçiriləcək. 64 bələdiyyə sədri və bələdiyyə şuralarının 2000-dən çox üzvü seçiləcək. Seçkiləri izləmək üçün 28 beynəlxalq və 27 yerli müşahidə təşkilatı, həmçinin 70-dən çox media qurumu qeydiyyatdan keçib. Lakin biz görürük ki, bəzi qüvvələr seçki hüququnun məhdudlaşdırılmasına və prosesin sabotaj edilməsinə çalışır".