00:00:00
Yazar
Admin User
06.09.2025 10:02 120 1 dəq oxuma
Dünya

Şamaxı rayonunun Mərzəndiyyə kəndində içməli su layihəsi həyata keçirilib

Şamaxı rayonunun Mərzəndiyyə kəndində içməli su layihəsi həyata keçirilib

Şamaxı rayonunun Mərzəndiyyə kəndində içməli su layihəsinin birinci zonasının açılış mərasimi olub.

 

"İnformator.az" "Teleqraf"a istinadən xəbər verir ki, bu barədə Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyindən (ADSEA) verilən məlumata görə, tədbirdə Şamaxı Rayon İcra Hakimiyyətinin başçısı Tahir Məmmədov, Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin sədrinin birinci müavini Xəyyam Məmmədov, Regional Su Meliorasiya Xidmətinin İdarə Heyətinin sədri Zakir Quliyev, təşkilatların rəhbərləri və əməkdaşları, o cümlədən Agentliyin və Şamaxı Rayon İcra Hakimiyyətinin nümayəndələri iştirak ediblər.


Çıxışlarda bildirilib ki, artıq kənd sakinləri keyfiyyətli və dayanıqlı içməli su ilə təmin olunurlar. Qeyd olunub ki, bu layihə dövlət qurumları və təşkilatların birgə əməkdaşlığı ilə həyata keçirilir.

Mərzəndiyyə kəndi 1350 nəfərlik əhalisi, 220 ev təsərrüfatı ilə Şamaxı rayonunun mühüm yaşayış məntəqələrindən biridir. Layihə iki zona üzrə planlaşdırılıb. Hazırda birinci zona üzrə işlər yekunlaşıb, ikinci zona üzrə isə icra davam edir. Layihənin əsas məqsədi kənddə yaşayan bütün ailələrin dayanıqlı və keyfiyyətli içməli su ilə təmin olunmasıdır.

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər