Samsunda zəncirvari yol qəzası baş verib
Samsunun Bafra rayonunda 3 avtomobilin zəncirvari yol qəzası nəticəsində 3 nəfər yaralanıb.
Oğuzhan Ç-nin idarə etdiyi avtomobil Samsun-Sinop yolunun Alparslan məhəlləsi yaxınlığında eyni istiqamətdə hərəkət edən Qalip E.-nin idarə etdiyi yüngül ticari avtomobil, daha sonra yanacaqdoldurma məntəqəsindən əsas yola çıxan Arif S.-nin idarə etdiyi taksi ilə toqquşub.
Məlumatdan sonra hadisə yerinə polis və tibb işçiləri göndərilib.
Yaralı taksi sürücüsü təcili yardımla, avtomobildə olan sərnişin Kərəm İ. isə polislər tərəfindən Bafra Dövlət Xəstəxanasına aparılıb.
Avtomobilin sürücüsü Oğuzhan Ç.-nin təkbaşına müalicə üçün Bafra Dövlət Xəstəxanasına getdiyi bildirilir.
Xəstəxanada müayinə olunduqdan sonra Oğuzhan Ç. sərxoş olduğu müəyyən edilib, sürücülük vəsiqəsindən 6 ay müddətinə məhrum edilib və 15 min 900 lirə cərimə olunub. Qəza ilə bağlı araşdırmalara başlanılıb, sürücü müalicə olunduqdan sonra dindiriləcək.
Bundan əlavə, zəncirvari reaksiya yanacaqdoldurma məntəqəsinin təhlükəsizlik kamerası tərəfindən qeydə alınıb.
TRT XƏBƏR
Nərgiz Əzizli