Sandu Gürcüstanda etirazçılara dəstək verib
Moldova Prezidenti Maya Sandu Tiflisdə baş verən etiraz aksiyalarına dəstək verib.
"İnformator.az" xəbər verir ki, Sandu bu barədə özünün X səhifəsində yazıb.
“Mənim fikirlərim öz azadlığını və Avropa gələcəyini müdafiə edən Gürcüstan xalqının yanındadır. Demokratiyanı susdurmaq olmaz. Moldova sizin tərəfinizdədir”, - Sandu bildirib. Qeyd edək ki, ötən gün Tiflisdə bələdiyyə seçkilərinin nəticələrinə etiraz edən müxalifət aksiya keçirib. Etiraz aksiyaları nəticəsində 21-i polis olmaqla 27 nəfər yaralanıb.