Şanlıurfada yük lifti qəzaya uğrayıb
Şanlıurfanın Bozova rayonunda tikilməkdə olan binada yük liftinin kəndiri qoparaq yerə çırpılması nəticəsində 4 nəfər xəsarət alıb.
Hadisə Killik məhəlləsində baş verib. Binanın 2-ci mərtəbəsindən içərisində 4 nəfərin olduğu yük liftinin kəndiri qoparaq aşağı düşüb.
Qəzada Zeliha və Arif A., Halise S. və Fatma Ç. müxtəlif dərəcəli xəsarətlər alıblar.
Yaralılara hadisə yerində 112 Təcili Tibbi Yardım əməkdaşları tərəfindən ilkin tibbi yardım göstərilib və daha sonra şəhər xəstəxanalarına aparılıblar.
TRT XƏBƏR
Ləman Mahmudlu