Şanxay Əməkdaşlıq Təşkilatının sammiti
Şanxay Əməkdaşlıq Təşkilatının sammiti üçün Çində olan Prezident Ərdoğan ilə Rusiya Prezidenti Vladimir Putin arasında görüş başlayıb. Görüşdə Putin, Ukrayna böhranının sülh və diplomatik yollarla həllinə verdiyi töhfəyə görə Ərdoğana təşəkkür edib. Ərdoğan isə "Putini ölkəmizdə gözləyirik",- deyib.
Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) 25-ci Dövlət Başçıları Şurasının Zirvəsinə qatılmaq üçün Çində olan Prezident Rəcəb Tayyib Ərdoğan, liderlərlə ikitərəfli görüşlərini davam etdirib. Prezident Ərdoğan Rusiya Prezidenti Vladimir Putinlə bir araya gəlib. Görüş davam edib.
Putin görüşdə Ərdoğana, "Enerji əməkdaşlığımız strateji əhəmiyyət daşıyıb. Rusiya fasiləsiz olaraq Qara dəniz üzərindən Türkiyəyə qaz tədarük edib",- deyib. Rusiya lideri Ukrayna böhranının həllində göstərdiyi diplomatik və siyasi töhfələrə görə Ərdoğana təşəkkür edib və Türkiyənin vasitəçilik və diplomatiya sahəsindəki xüsusi rolunun gələcəkdə də böyük əhəmiyyət daşıyacağını bildirib.
Prezident Ərdoğan, Əliyevdən sonra Ermənistanın Baş naziri Nikol Paşinyanla da görüş keçirib. Prezident Ərdoğan ilə Ermənistan Baş naziri Nikol Paşinyanın görüşündə Cənubi Qafqazda davamlı sabitlik və sülhə yönəlik addımlar işığında Türkiyə-Ermənistan münasibətləri müzakirə olunub. Ərdoğan, Ermənistan-Azərbaycan sülh prosesinin irəliləməsindən məmnunluğunu ifadə edib və Türkiyə-Ermənistan əməkdaşlığının artırılmasına dair atılan addımların dəyərləndirildiyini bildirib.
Haberler.com
Aygün Babayeva