00:00:00
Yazar
Admin User
29.10.2025 04:16 128 1 dəq oxuma
Dünya

Şatdauna baxmayaraq hərbi qulluqçulara maaş veriləcək

Şatdauna baxmayaraq hərbi qulluqçulara maaş veriləcək

ABŞ administrasiyası federal hökumətin maliyyələşdirilməsinin dayanmasına baxmayaraq, oktyabrın 31-də bəzi hərbi qulluqçulara maaş ödəyə biləcək.

 

"İnformator.az"  "Politico"ya istinadən xəbər verir ki, ABŞ-nin vitse-prezidenti Jey Di Vens bu açıqlamanı Vaşinqtonda respublikaçı senatorlarla nahar etdikdən sonra verib.

 

"Hesab edirik ki, cümə günü hərbi qulluqçulara maaş ödəməyə davam edə biləcəyik. Təəssüf ki, demokratlar bizi çox çətin vəziyyətə saldıqları üçün hamıya maaş verə bilməyəcəyik", - o qeyd edib.

 

Nəşr xatırladıb ki, Pentaqon oktyabrın əvvəlində tədqiqat və inkişaf üçün ayrılmış vəsaitlərdən istifadə edərək xidmətdə olan hərbi qulluqçulara maaş ödəyib. Vens su dəfə ödənişlər üçün planlaşdırılan maliyyələşdirmə mənbələrini açıqlamayıb.

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər