00:00:00
Yazar
Elmira Ağayeva
18.05.2026 20:33 211 2 dəq oxuma
Siyasət

Şavkat Mirziyoyev WUF13 üçün Azərbaycana səfər edib

Şavkat Mirziyoyev WUF13 üçün Azərbaycana səfər edib

 

Özbəkistan Prezidenti Şavkat Mirziyoyev BMT-nin Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyasında (WUF13) iştirak etmək məqsədilə mayın 17-də Azərbaycana səfərə edib. Heydər Əliyev Beynəlxalq Aeroportunda onu mədəniyyət naziri Adil Kərimli və digər rəsmi şəxslər qarşılayıblar.

Mövzu ilə bağlı politoloq Elşad Mirbəşiroğlu “İnformator.az”a açıqlamasında bildirib ki, Özbəkistan Prezidenti Şavkat Mirziyoyev mayın 17-də Prezident İlham Əliyevin dəvəti ilə BMT-nin Dünya Şəhərsalma Forumunun (WUF13) 13-cü sessiyasında iştirak etmək üçün Azərbaycana səfər edib:

“Bu dəvət Azərbaycan və Özbəkistan arasında mövcud olan isti münasibətlərin və sıx əlaqələrin göstəricisidir.Forum çərçivəsində hər iki ölkə rəhbərinin görüşü nəzərdə tutulur ki, bu da beynəlxalq təmasların genişləndirilməsi baxımından mühüm əhəmiyyət kəsb edir. Azərbaycan və Özbəkistan arasında münasibətlər strateji tərəfdaşlıq və müttəfiqlik mövcuddur. Hər iki ölkə üçün maraqlı olan əsas istiqamətlərdən biri Orta Dəhlizin inkişaf etdirilməsi, nəqliyyat-logistika sahəsində əməkdaşlığın genişləndirilməsidir.İqtisadi göstəricilər də kifayət qədər dinamikdir. Son 7-8 il ərzində iki ölkə arasında ticarət dövriyyəsi 9,5-10 dəfə artıb və gələcəkdə daha 8 dəfə artım proqnozlaşdırılır. Xüsusilə, vurğulanır ki, Azərbaycanın işğaldan azad olunmuş ərazilərində bərpa və quruculuq işlərinə ilk dəstək təşəbbüsü məhz Özbəkistandan gəlib. Bu çərçivədə həmin ərazilərdə məktəb inşa edilib.Gələcəkdə şəhərsalma və memarlıq sahəsində təcrübə mübadiləsi, eləcə də bərpa işlərində əməkdaşlıq imkanlarının daha da genişləndirilməsi müzakirə mövzusu ola bilər. Bu cür forumlar həm Azərbaycanın müsbət beynəlxalq imicini gücləndirir, həm də Özbəkistanla əlaqələrə yeni məzmun və imkanlar əlavə edir”.

Mələk Hüseynova

#Azərbaycan #Özbəkistan #WUF13
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər