SAXAL son 5 ayda Qəzza zolağında 10 min hədəfə hücum edib
İsrail ordusu 2025-ci il martın 18-dən indiyədək Qəzza zolağında 10 min hədəfə hücum edib.
"İnformator.az" xəbər verir ki, bu barədə İsrail Müdafiə Qüvvələrinin (SAXAL) mətbuat xidmətinin məlumatında deyilir.
Hücumlar nəticəsində 2 min silahlının məhv edildiyi və bölgənin 75%-nə nəzarətin ələ keçirildiyi bildirilir.