00:00:00
Yazar
Zəhra Həsənova
12.05.2026 20:23 29 2 dəq oxuma
Sosial

Saxta kosmetik məhsullar: istehlakçı sağlamlığı üçün risklər və peşəkar yanaşma

Saxta kosmetik məhsullar: istehlakçı sağlamlığı üçün risklər və peşəkar yanaşma

Saxta kosmetik məhsullar bazarda getdikcə daha geniş yayılır və çox vaxt orijinal brend adı altında istehlakçılara təqdim olunur. Tərkibi məlum olmayan bu məhsullar dəridə ciddi problemlərə və sağlamlıq risklərinə səbəb ola bilər. 

 

Mövzu ilə bağlı dermatoloq Sevinc Kərimli “İnformator.az”a açıqlamasında bildirib ki, normal keyfiyyətdə, yəni sertifikasiyadan keçmiş preparatları, həmçinin də dermatoloqun məsləhəti ilə istifadə edilməlidir:

 

"Saxta keyfiyyətsiz məhsulların istifadəsi zamanı, təbii ki, dəridə müxtəlif patologiyalar, problemlər yarana bilər. İlk növbədə allergik dermatitlər, sızanaqlar yarana bilər. Yəni buna görə də kosmetik qulluq vasitəsi seçərkən mütləq şəkildə mütəxəssis dermatoloqlara müraciət etmək lazımdır. Bu halda dermatoloq dərinizi müayinə edəcək, dərinin yağlılıq tipinə görə, rənginə görə və dərində olan müəyyən digər xəstəliklərə, patologiyalara uyğun olaraq müvafiq qulluq vasitələri seçimində yardım edəcəkdir. Burda yağlı dəri var, qarışıq tipli, quru dərilər, həmçinin sızanaqlı dərilər ola bilər, atrofik çapıqlar ola bilər, müxtəlif autoimmun xəstəliklər ola bilər insan dərisində, ekzema kimi, psoriaz kimi və sair bu kimi xəstəliklərin fonunda, yəni hər istədiyimiz kremi nəzarətsiz dəriyə qulluq vasitəsi düşünüb istifadə etmək yanlış fikirdir. Buna görə də, həkimə müraciət edilməlidir və həkim dəri tipinizə uyğun qulluq vasitələri, indi artıq yay fəslidir həmçinin, günəş qoruyucu kremləri, yəni bütün bu kremlərin hər dəri tipinə uyğunlaşdırılması lazımdır. Günəşdən qoruyucu SPF adlandırdığımız kremlərin istifadəsi üçün, yəni mütləq şəkildə düzgün seçim etmək çox vacibdir. Tövsiyəm odur ki, normal keyfiyyətdə, yəni sertifikasiyadan keçmiş preparatları, həmçinin də dermatoloqun məsləhəti ilə istifadə edəsiniz".

Samirə Allahverdizadə

#azərbaycan #sağlamlığı #kosmetik #peşəkar #yanaşma
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər