Saxta mesajla ölümünü elan etdi
Cümə günü rəsmi sosial media hesabından hindli aktrisa Poonam Pandeyin uşaqlıq boynu xərçəngindən öldüyü açıqlandı, lakin sonradan yayımlanan videoda onun sağ olduğu bildirilib.
Bu addımın uşaqlıq boynu xərçənginə diqqət çəkmək üçün edildiyi açıqlansa da, ictimaiyyətlə əlaqələr kampaniyalarının nə dərəcədə təşkil edilməsi ilə bağlı etik mübahisə yaranıb. 32 yaşlı aktyorun sosial şəbəkədəki mesajının gerçək olduğuna inanan bir çox media qurumları Pandeyin ölüm xəbərini dərc edib. Sosial mediada Pandey üçün çoxlu başsağlığı mesajları gəldi. Bəzi filmlərdə rol almasına baxmayaraq, Pandey daha çox onlayn kampaniyalarla mübahisə yaradaraq məşhurlaşan bir addır.
Öldüyünü elan etdikdən bir gün sonra Pandey 1,3 milyon izləyiciləri ilə bir mesaj paylaşdı. O, sağ olduğunu və uşaqlıq boynu xərçənginə qarşı maarifləndirmək üçün bu kampaniyanı təşkil etdiyini bildirdi. Pandey: "Birdən uşaqlıq boynu xərçəngi haqqında danışmağa başladıq, elə deyilmi?" O, keçirdiyi kampaniya ilə fəxr etdiyini bildirib. Hindistanda döş xərçəngindən sonra uşaqlıq boynu xərçəngi qadınlar arasında ən çox rast gəlinən xərçəng növüdür. Hər il 77 min qadın xəstəlikdən ölür. Ancaq uşaqlıq boynu xərçəngi əslində HPV peyvəndi sayəsində qarşısı alına bilən bir xərçəng növüdür. Cümə axşamı Hindistan hökuməti 9-14 yaş arası qızların peyvənd edilməsi üçün lazımi addımlar atdıqlarını açıqlasa da, kampaniyanın təfərrüatlarını açıqlamayıb. Bəzi sosial şəbəkə istifadəçiləri Pandeyin videosunun arxasında hökumətin bu kampaniyasına dəstək olduğunu bildirsələr də, aktyor bu məsələ ilə bağlı açıqlama verməyib.
Bəziləri Pandeyin videosunu şok effekti verdiyi üçün uğurlu hesab etsə də, bəziləri bu kampaniyanın xərçəng xəstələri və xərçəngdən dünyasını dəyişənlərin yaxınları üçün düşünülməmiş ola biləcəyini bildirib. Bəzi istifadəçilər isə, Pandeyin ölümünü təsdiqləmədən xəbər verən mediaya da reaksiya verdilər. Kampaniyanın təşkilatçısı olan Schbang sosial media agentliyi həftə sonu yayımladığı mesajda inciyənlərdən üzr istəyib. Açıqlamada, Pandeyin anasının da xərçəng olduğu, bu səbəbdən xəstəliyə və peyvənd əleyhinə şüurlu bir duruş yaratmağın nə qədər vacib olduğunun fərqində olduğu ifadə edildi.
Mənbə: BBCTürk
Tərcümə etdi: Aytac Kərimova
