00:00:00
Yazar
Elmira Ağayeva
31.07.2026 21:50 30 1 dəq oxuma
Sosial

Sayğaca müdaxilə cinayət hesab olunurmu?

Sayğaca müdaxilə cinayət hesab olunurmu?

 

Elektrik, qaz və su sayğaclarına qanunsuz müdaxilə halları zaman-zaman gündəmə gəlir. Bəs sayğacın göstəricilərini dəyişdirmək və ya onun işinə təsir göstərmək qanunvericilikdə necə qiymətləndirilir?


Mövzu ilə bağlı Azərbaycan Respublikasının Vəkillər Kollegiyasının üzvü vəkil Cavanşir Qasımzadə “İnformator.az”a açıqlamasında bildirib ki,vərimə ilə yanaşı, qanunsuz istifadə olunmuş resursun dəyəri də tam ödənilməlidir:


"Elektrik, qaz və su sayğaclarının göstəricilərini dəyişdirmək və ya onların işinə müdaxilə etmək vurulmuş ziyanın məbləğindən və əməlin xarakterindən asılı olaraq inzibati və ya cinayət məsuliyyəti yaradır. Əgər müdaxilə nəticəsində təchizatçı müəssisəyə dəymiş ziyan 500 manatdan azdırsa, bu hal inzibati xəta sayılır. Bu zaman fiziki şəxslərə 100 manatdan 500 manatadək cərimə tətbiq olunur, vəzifəli və hüquqi şəxslər üçün isə cərimə məbləğləri daha yüksək müəyyən edilir. Cərimə ilə yanaşı, qanunsuz istifadə olunmuş resursun dəyəri də tam ödənilməlidir.
Dəymiş ziyan 500 manatdan çox olduqda və ya müdaxilə proqram təminatına kiberüsulla edildikdə, əməl cinayət məsuliyyəti yaradır. Bu halda şəxsi böyük məbləğdə cərimə, islah işləri, azadlığın məhdudlaşdırılması və ya 2 ildən 5 ilədək azadlıqdan məhrum etmə cəzası gözləyə bilər. Qanunsuz müdaxilə aşkar edildikdə dərhal akt tərtib olunur, sayğac ekspertizaya göndərilir və ziyanın məbləği hesablanaraq hüquqi tədbir görülür".

Samirə Allahverdizadə

#Sosial #sayğac #müdaxilə
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər