00:00:00
Yazar
Admin User
31.08.2025 06:14 78 1 dəq oxuma
Dünya

Seçki saxtakarlığına qarşı addım

Seçki saxtakarlığına qarşı addım

ABŞ Prezidenti Donald Tramp ölkədə seçki saxtakarlığının qarşısının alınması üçün bir sıra tədbirləri nəzərdə tutan fərman imzalamaq niyyətindədir.

 

"İnformator.az" xəbər verir ki, bu barədə o, "Truth Social"da yazıb.

 

"Seçici vəsiqələri hər seçkidə olmalıdır. İstisna yoxdur! Bununla bağlı fərman imzalayacam!" - o, qeyd edib.

 

Tramp həmçinin əlavə edib ki, poçtla səsverməni qadağan edəcək. İstisna yalnız ağır xəstələr, eləcə də ABŞ ərazisindən uzaqda yerləşən hərbi qulluqçular üçün olacaq.

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər