Şehbazı edam edib
İran, Mossad adına çalışmaqda ittiham olunaraq ölüm cəzasına məhkum edilən Babək Şehbazını edam edib. Məlumata görə, Şehbazı Mossad agenti ilə tanış olduqdan sonra yüksək səviyyəli hökumət rəsmiləri, onların harada olduqları və hərəkətləri barədə məlumat satmağı təklif edib və bunun müqabilində ailəsi ilə birlikdə ABŞ-də daimi yaşayış icazəsi, həmçinin 120 milyon dollar nağd və ya kriptovalyuta tələb etdiyi müəyyən olunub.
Telekommunikasiya, hərbi və təhlükəsizlik qurumlarına bağlı şirkətlərdə sənaye soyuducu cihazların dizaynı və quraşdırılması sahəsində çalışan Şehbazının, İsmayıl Fikri adlı Mossad agenti ilə tanış olduqdan sonra yüksək səviyyəli hökumət rəsmiləri və onların harada olduqları barədə məlumat satmağı təklif etdiyi, özünə və ailəsinə ABŞ-də daimi yaşayış icazəsi, 120 milyon dollar nağd və ya kriptovalyuta tələb etdiyi bildirilib.
Bundan sonra 2024-cü ilin fevralında Mossad əməkdaşının tələbi ilə Şehbazı və Fikri Skype vasitəsilə israillilərlə apardıqları danışıqlarda onlara kəşfiyyat məlumatları ötürüblər.
Sonrakı mərhələlərdə isə Sami Benjamin Michael kod adlı Mossad əməkdaşları ilə əlaqə saxlayan Şehbazının Mossad tərəfindən təlim keçdiyi qeyd olunub.
İsmayıl Fikri adlı Mossad agentinin həbsindən sonra Şehbazının yaxalandığı və dindirmə zamanı etiraflar etdiyi bildirilib.
Haberler.com
Aygün Babayeva