SEPAH ABŞ Mərkəzi Komandanlığını təkzib edib: Hörmüz boğazından heç bir ticarət gəmisi keçməyib
Ötən saatlar ərzində Hörmüz boğazından heç bir tanker və ya ticarət gəmisi keçməyib.
“İnformator.az" xəbər verir ki , bu barədə SEPAH-ın İctimaiyyətlə əlaqələr şöbəsi bəyanat yayıb.
Bəyanatda ABŞ rəsmilərinin Hörmüz boğazından ABŞ-nin iki ticarət gəmisinin keçidinə dair iddiaları əsassız və yalan adlandırılıb.
“SEPAH Hərbi Dəniz Qüvvələri tərəfindən bəyan edilən prinsiplərə zidd hərəkətlər ciddi təhlükə ilə üzləşəcək və qanunu pozan gəmilər saxlanılacaq”, - SEPAH xəbərdarlıq edib.
Qeyd edək ki, bundan əvvəl ABŞ Mərkəzi Komandanlığı (CENTCOM) “Azadlıq Layihəsi” əməliyyatı çərçivəsində Hörmüz boğazından ABŞ-ə məxsus ticarət gəmilərinin keçdiyini bildirib.