SEPAH atəşkəsin pozulduğunu və İranda İsrail dronunun vurulduğunu bəyan edib
İranın Fars əyalətinin Lar şəhərinin səmasında "Hermes 900" pilotsuz uçuş aparatı məhv edilib.
“İnformator.az” RBK-ya istinadən xəbər verir ki, bu barədə İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) mətbuat xidməti məlumat yayıb.
Qurumun məlumatına görə, dron hava hücumundan müdafiə sistemi tərəfindən vurulub. SEPAH-dan bildirilib ki, döyüş əməliyyatları aparılmasa belə, ABŞ və ya İsrail təyyarələrinin İranın hava məkanında görünməsi atəşkəs rejiminin pozulması kimi qiymətləndirilir və cavab tədbirlərinə səbəb olacaq.