Serbiya Milli Assambleyasının sədri ölkəmizə səfərə gəlib
Serbiya ilə Azərbaycan arasında münasibətlər strateji tərəfdaşlıq səviyyəsində hal hazırda davam etməkdədir və bu əlaqələr getdikcə genişlənir.
Məsələ ilə bağlı politoloq Oqtay Qasımov "İnfotmator.az"a açıqlamasında bildirib ki, Serbiya Mərkəzi Avropa və Balkanlarda önəmli bir ölkədir:
"Doğrudur, hazırda bu ölkənin Avropa İttifaqı Qərblə müəyyən problemləri var. Eyni zamanda, bu ölkənin Rusiyaya qarşı sanksiyalara qoşulmamaqla bağlı Avropada təzyiqlər edilir. Amma bununla yanaşı Serbiya daxilində də ciddi siyasi mübarizə getməkdədir. Belə ki, ölkə müxalifəti, qərbyönümlü müxalifət, Serbiya hakimiyyətini prezident bu kişi Rusiya ilə yaxınlıqda ittiham edirlər və Asiya Avropa İttifaqına üzvü ilə bağlı məsələlərdə addımların daha intensiv atılmasını istəyirlər. Ümumən Serbiya Azərbaycandan qaz alan ölkələrdən biridir. Qeyd etdiyim kimi, bizim aramızda strateji tərəfdaşlıq münasibətləri var ".
Həmçinin ekspert vurğulayır ki, qarşılıqlı investisiyalar, müdafiə, sənaye sahəsində ticarət və digər istiqamətlərdə bizim münasibətlərimiz inkişaf etməkdədir və siyasi dialoq kifayət qədər yüksək səviyyədədir:
"Bu baxımdan bu səfər və qarşılıqlı səfərlər təəccüb doğurmur. Şübhəsiz ki, Serbiya ilə münasibətlərin normallaşması Azərbaycan Avropada Avropa İttifaqına, Avropa qitəsində olan ölkələrin ölkələrlə əlaqələrinin artması deməkdir. Enerji sahəsində həm iqtisadiyyat, ticarət sahəsində yaşıl enerji ilə bağlı məsələlərdə münasibətlər inkişaf etdirilir. Şübhəsiz ki, bu münasibətlərin inkişafı hər iki tərəfin maraqlarına uyğundur. Azərbaycanda Serbiya üçün etibarlı enerji tədarükçüsüdür. Belə ki, Ukrayna savaşından dolayı Rusiya enerji daşıyıcılarının Avropada idxaldan kəskin şəkildə azalması Avropa ölkələrini alternativ mənbələrə yönəldir və burada da əsas mənbələrdən biri Azərbaycandır ".
Gülcan Salahova
