Şəhidlərimizin qalıqlarını daşıyan təyyarə Ankaraya gətirilib
Gürcüstan-Azərbaycan sərhədində qəzaya uğrayan C130 hərbi yük təyyarəsində şəhid olan əsgərlərin qalıqlarını daşıyan Türkiyə Silahlı Qüvvələrinə (TSQ) aid A400M hərbi yük təyyarəsi Tbilisi Beynəlxalq Hava Limanından Ankaraya gətirilib.
Noyabrın 11-də Gürcüstanın Kaxeti bölgəsinin Siğnaqi bələdiyyəsinin dağlıq bölgəsində qəzaya uğrayan Türkiyə Silahlı Qüvvələrinə məxsus “C130” tipli hərbi yük təyyarəsinin qalıqları altında aparılan axtarış-xilasetmə işləri zamanı tapılan əsgərlərin cəsədləri Gürcüstan-Azərbaycan sərhəddinə təxminən 5 kilometr aralıda “Tbilisi Beynəlxalq Hərbi Hava Limanına” A400M-ə yerləşdirilib.
TRT Haber
Səmayə Səftərova