00:00:00
Yazar
Admin User
01.11.2025 04:07 117 1 dəq oxuma
Dünya

Si Cinpin ASİƏT-in növbəti sammitinin yerini açıqlayıb

Si Cinpin ASİƏT-in növbəti sammitinin yerini açıqlayıb

2026-cı ildə Asiya-Sakit Okean İqtisadi Əməkdaşlıq Təşkilatının (ASİƏT) sammiti Çinin Şençjen şəhərində keçiriləcək.

 

"İnformator.az"xəbər verir ki, bu barədə Çin Sədri Si Cinpin forumun Cənubi Koreyada keçirilən bağlanış mərasimində bildirib.

 

O qeyd edib ki, gələn il Çin ASİƏT forumuna üçüncü dəfə ev sahibliyi edəcək.

 

Çin Sədri əlavə edib ki, təşkilat liderlərinin 33-cü qeyri-rəsmi görüşü 2026-cı ilin noyabr ayında Şençjendə keçiriləcək.

 

"Bütün iştirakçılara dəstəklərinə görə təşəkkür edirik. ASİƏT Asiya-Sakit Okean regionunda iqtisadi əməkdaşlıq üçün ən vacib mexanizmdir və regionun böyüməsinə və çiçəklənməsinə mühüm töhfə verib", - Si Cinpin vurğulayıb.

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər