00:00:00
Yazar
Admin User
03.09.2025 14:28 71 1 dəq oxuma
Dünya

Şi, Putin, Kim ilk dəfə eyni kadrda

Şi, Putin, Kim ilk dəfə eyni kadrda

Rusiya lideri Vladimir Putin, Çin lideri Si Cinpin və Şimali Koreya lideri Kim Çen In hərbi paradı birlikdə izləyiblər.

 

Çinin paytaxtı Pekinin mərkəzində ölkənin yeni silahlarının təqdim olunduğu möhtəşəm hərbi parad təşkil olunub. İkinci Dünya Müharibəsində Yaponiyaya qarşı qələbənin 80-ci ildönümü çərçivəsində keçirilən paradda Rusiya Prezidenti Vladimir Putin və Şimali Koreya lideri Kim Çen In da daxil olmaqla 26 dövlət başçısı iştirak edib.

 

Parad zamanı Putinin və Kimin arasında oturan Si Cinpinin hər iki liderlə tez-tez söhbət etdiyi müşahidə olunub. Çin lideri çıxışında ölkəsinin “heç vaxt zorbalıqla qorxudula bilməyəcəyini” bəyan edib.

 

Daha sonra Si Cinpin Pekindəki Çanqan prospektinə toplaşan Çin Ordusunun müxtəlif qoşun növlərini yoxlayıb.


BBC News

Aytac İbrahimova

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər