Şi, Putin, Kim ilk dəfə eyni kadrda görünüb
Çinin paytaxtı Pekinin mərkəzində ölkənin yeni silahlarının nümayiş etdirildiyi möhtəşəm hərbi parad keçirilib.
İkinci Dünya Müharibəsində Yaponiyaya qarşı qələbənin 80 illiyi münasibətilə təşkil olunan parada Rusiya Prezidenti Vladimir Putin və Şimali Koreya lideri Kim Çen In da daxil olmaqla 26 lider qatılıb.
Parad zamanı Putinin və Kimin arasında oturan Şi-nin hər iki liderlə tez-tez söhbət etdiyi müşahidə olunub.
Çin lideri Şi Cinpin çıxışında ölkəsinin “heç vaxt güc tətbiq edənlər tərəfindən çəkindirilə bilməyəcəyini” bildirib.
Daha sonra Şi Pekindəki Çangan Bulvarına toplaşan Çin Ordusunun müxtəlif qoşun hissələrini yoxlayıb.
BBC
Nuray Ədilzadə