Silahlı hücumda həyatını itirib
ABŞ Prezidenti Trampın müttəfiqi olan siyasi aktivist Çarli Kərk Yuta ştatının Orem şəhərində keçirilən bir universitet tədbirində silahlı hücuma məruz qalaraq həyatını itirib. Mobil telefonla çəkilən görüntülərdə Kərkün çıxış etdiyi vaxt boynuna güllə dəydiyi, yerə yıxıldığı və tədbir iştirakçılarının böyük təşviş yaşadığı əks olunub.
Mobil telefonla çəkilən digər görüntülərdə isə aktivist Çarli Kərkün stulda oturaraq çıxışına davam etdiyi anda silah səsinin eşidildiyi və dərhal yerə yıxıldığı görünüb. Kərkün silahlı hücuma məruz qalmasının ardından tədbirdə iştirak edən yüzlərlə insan böyük təşvişə düşərək hadisə yerindən qaçmağa çalışıb.
Prezident Tramp özünün ən böyük dəstəkçilərindən biri olan Kərkün öldüyünü təsdiqləyib. Tramp paylaşımında belə deyib:
“Böyük, hətta Əfsanəvi Çarli Kərk öldü. Amerika Birləşmiş Ştatlarında gənclərin qəlbini Çarlidən daha yaxşı anlayan və ya ona sahib olan heç kim yox idi. Hamı, xüsusilə də mən, onu sevər və ona heyranlıq bəsləyərdik və artıq o, aramızda deyil. Melaniya ilə birlikdə gözəl həyat yoldaşı Erikanın və ailəsinin dərdinə şərikik. Çarli, biz səni sevirik".
Haberler.com
Aygün Babayeva