Şimali Atlantika Alyansının dağılması məsələsi gündəmdədir
Rusiya Ukrayna müharibəsinin davam etdiyi və NATO-nun sıralarına yeni ölkələrin daxil olduğu vaxtda Şimali Atlantika alyansının dağılması məsələsi gündəmə gəlib. Qərb mətbuatı, xüsusilə The Atlantic nəşrininn yazdığına görə 2025-ci ilə qədər Birləşmiş Ştatlar daxilindəki proseslər səbəbindən NATO-nun dağılması gözlənilir. Əslində hələ Rusiya UKrayna müharibəsinin yeni başladığı vaxtda da eyni iddialar səslənirdi. Ancaq budəfəki məsələ fərqlidir. Ortada NATO-nun əsas qüvvəsi olan Vaşinqton faktoru var.
"Avropa Vaşinqtonun NATO-nu məhv etməsinə və Rusiya ilə münasibətləri düzəltməyə hazırlaşmalıdır". Bu başlıq son günlər dünya mətbuatını zəbt edən əsas xəbərə çevrilib. Rusiya Dövlət Dumasının beynəlxalq məsələlər komitəsi sədrinin birinci müavini Aleksey Çepanın səsləndirdiyi "NATO-nun dağılması üçün bilavasitə katalizator Ukraynadakı müharibə olacaq. Bu, Şimali Atlantika Alyansının parçalanmasına gətirib çıxaracaq" fikri reallığa çevrilir, yoxsa Çin və Rusiya sərhədləri genişlənən NATO-ya qarşı yeni hibrid savaşına başlayıblar? İllər əvvəl alyansın beyin öülmü keçirildiyi iddia edilsə də, bu gün NATO üzvlərininin sayı yarandığı gündən 2 dəfə artıqdır. Analitiklər alyansın hələ bir müddət varlığını qoruyacağını düşünürlər. Ekspertlər kiçik və müdafiəyə ehtiyacı olan Avropa dövlətlərinin mümkün qədər gedişata təsir etməyə çalışacağı qənaətindədirlər.
Əksər Avropa ölkələrinin təhlükəsizlik sahəsində maraqları ilə ABŞ Respublikaçılar Partiyasının maraqları arasında uçurum da artıb. Respublikaçılar Ukraynaya kömək etməyin ekzistensial vəzifə olduğuna inanmırlar. Elə keçmiş Respublikaçı prezident Donald Trampın münaqişə haqqında mövqeyi də əvvəldən bəllidir. Onun NATO-nu tənqid etməsi, Kiyevə yardımı ABŞ-ın çiyinlərində yük hesab etməsi indi partiyada oturuşmuş baxışa çevrilib. Əsas arqumentlərindən biri isə müharibənin Vaşinqton və Moskva arasında birbaşa toqquşma ilə başa çata biləcəyi ehtimalıdır.
İndi Vaşinqton çətin dilemma qarşısındadır. Əgər əvvəllər öhdəlik götürdüyü şərtlərə nail olmadan Ukraynada müharibəyə son qoymağa getsə və ya müharibəni daha uzun müddətə uzatsa administrasiyanın dəstək bazası tərəfindən də sərt tənqidlə üzləşə bilər. O ki qaldı NATO-nun aqibətinə bu daha çox 2024-cü ildə hakimiyyətə gələcək partiyadan asılı olacaq.
