Şimali Karolinada şəxsi təyyarə qəzaya uğrayıb
ABŞ-nin Şimali Karolina ştatında Pitt-Qrinvil hava limanı yaxınlığında şəxsi təyyarə qəzaya uğrayıb. ABŞ Federal Aviasiya Agentliyi (FAA) qəzaya uğrayan təyyarədə iki nəfərin olduğunu təsdiqləsə də, rəsmilər sağ qalanların olmadığını açıqlayıb.
Şimali Karolina Ştat Yol Patrul xidməti hadisə yerində insan qalıqlarının tapıldığını və itkilərin təsdiqləndiyini təsdiqləyib.
O, qəzaya görə North Memorial Drive yolunun bağlanacağını və ərazinin yerli vaxtla axşam saat 19:00-a qədər nəqliyyata bağlanacağını açıqlayıb.
Hadisə şahidləri bildiriblər ki, təyyarə yerə çırpılmadan əvvəl sürətlə aşağı düşüb. Lakin azalmaya nəyin səbəb olduğu hələlik bəlli deyil.
Milli Nəqliyyat Təhlükəsizliyi Şurası (NTSB) və FAA rəsmiləri hadisəni ətraflı araşdırmaq üçün hadisə yerinə göndərilib.
Səlahiyyətlilər qəzaya düşən təyyarənin Beechcraft Bonanza modeli olduğunu bildirib.
1947-ci ildə təqdim edilən və altı nəfəri daşıya bilən bu tək mühərrikli təyyarə şəxsi və kommersiya məqsədli istifadədə geniş şəkildə seçilən modeldir. Qəza ilə bağlı təfərrüatlı araşdırmalar davam edərkən, səlahiyyətlilər təyyarənin qəzaya uğramasına səbəb olan amilləri müəyyən etmək üçün araşdırmalarını davam etdirir.
Mənbə: TRT Haber
Asiman Vəliyeva